"Neftçi" Premyer Liqada ardıcıl üçüncü məğlubiyyətini alıb. Matc.az xəbər verir ki, Bakı klubu IX turda "Qarabağ"a 0:4, X turda "Keşlə"yə 2:3, XI turda "Sabah"a 1:2 hesabı ilə uduzub.
 
Paytaxt təmsilçisi ölkə çempionatları tarixində 10-cu dəfə ardıcıl üç və ya daha artıq görüşdə xalsız qalıb. Sonuncu belə seriya 2017-ci ilin sentyabrında qeyd alınıb. "Ağ-qaralar" 2017/18 mövsümündə "Sumqayıt"a 0:1, "Zirə" və "Qəbələ"yə eyni – 1:2 hesabı ilə yenilib.
 
Qeyd edək ki, ilk belə seriyası 2009-cu ildə gerçəkləşən "Neftçi"nin antirekordu 5 məğlubiyyətdən ibarətdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest