AFFA İcraiyyə Komitəsinin digər qərarlarına əsasən, U-19-a rəhbərlik edən Elxan Abdullayev U-17-ni çalışdıracaq. U-17-nin baş məşqçisi Aqil Nəbiyev isə U-18-ə rəhbərlik edəcək.

"Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədov Azərbaycanın U-15 və U-16 milli komandasını çalışdıracaq. Matc.az xəbər verir ki, bu barədə bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
 
44 yaşlı mütəxəssis Azərbaycanın U-15 və U-16 yığmalarına baş məşqçi təyin olunub.
 
Füzuli Məmmədov ötən ilin yanvarından noyabrına qədər "Neftçi"də baş məşqçilik edib.
 
AFFA İcraiyyə Komitəsinin digər qərarlarına əsasən, U-19-a rəhbərlik edən Elxan Abdullayev U-17-ni çalışdıracaq. U-17-nin baş məşqçisi Aqil Nəbiyev isə U-18-ə rəhbərlik edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest