"Şamaxı" cinah müdafiəçisi Abdul Raşid Mumini ilə güclənib.

"Şamaxı" futbol klubu yeni mövsüm üçün heyətini formalaşdırmaq məqsədilə transfer çalışmalarını davam etdirir.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bölgə təmsilçisi cinah müdafiəçisi Abdul Raşid Mumini ilə güclənib. Benin yığmasının üzvü olan 21 yaşlı futbolçu ilə 2 illik (1+1) müqavilə imzalanıb.

Qeyd edək ki, gənc müdafiəçinin son klubu bir müddət əvvəl yollarını ayırdığı Azərbaycan Premyer Liqası təmsilçisi "Sumqayıt" olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest