19 Dekabr 2021, 23:16
FUTBOL
Futbol üzrə Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Frayburq” doğma meydanda “Bayer”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Tura “Köln” – “Ştutqart” matçıyla yekun vurulub. Bu oyunda da meydan sahibləri 3 xala sevinən tərəf olub.
Almaniya Bundesliqası
17-ci tur
17 dekabr
Bayern – Volfsburq 4:0
Qol: Müller, 7. Upamekano, 57. Sane, 59. Levandovski, 87.
18 dekabr
Ayntraxt – Maynts 1:0
Qol: Lindstrom, 35.
Bohum – Union Berlin 0:1
Qol: Kruse, 16.
Qroyter – Auqsburq 0:0
Leyptsiq – Arminiya 0:2
Qol: Serra, 57. Okuqava, 75.
Hoffenhaym – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Akpoquma, 90+1 – Embolo, 35.
Herta – Borussiya (Dortmund) 3:2
Qol: Belfodil, 51. Rixter, 57; 69 – Brandt, 31. Tiqqes, 83.
19 dekabr
Frayburq – Bayer 2:1
Qol: Qrifo, 33-pen. Şade, 84 – Aranqis, 45+1.
Köln – Ştutqart 1:0
Qol: Modeste, 89.