"Neftçi" PFK-ya yeni idman direktoru təyin olunub. Matc.az xəbər veirr ki, bundan sonra bu vəzifəni Zaur Əzizov yerinə yetirəcək.
 
37 yaşlı mütəxəssis 2008-2021-ci illərdə "Qəbələ" klubunun baş meneceri olub. Qəbələ təmsilçisi bu müddətdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib. Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən "Qəbələ" ardıcıl iki dəfə (2015/16, 2016/17) 4 mərhələ adlamaqla Avropa Liqasının qrupunadək irəliləyib.
 
Qeyd edək ki, bundan əvvəl "Neftçi"nin idman direktoru vəzifəsini 2018-ci ilin fevralından 2020-ci ilin noyabrınadək Ceyhun Sultanov icra edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest