PSV-nin futbolçusu Devi Prepper karyerasını bitirməyə qərar verib. Matc.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi çıxış etdiyi PSV klubunun mətbuat xidmətinə açıqlamasında deyib.
 
O, mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini bildirib.
 
Karyerası ərzində PSV-dən başqa, Niderlandda "Ayaks", "Vitess", İngiltərədə "Brayton" kimi klublarda çıxış edən Prepper, Niderland yığmasında 17 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest