Qeye son olaraq 2020/2021 mövsümündə Rumıniyanın "Dinamo" (Buxarest) klubunda çıxış edib. Fransalı hücumçu narkotikdən istifadə etdiyi üçün klubdan qovulub.

"Qarabağ"ın sabiq futbolçusu Maqaye Qeyenin yeni klubu bəlli olub. Matc.az xəbər verir ki, 32 yaşlı hücumçu Yunanıstanın "Anagennisi Karditsa" klubuna keçib. Qeye ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
 
Qeye son olaraq 2020/2021 mövsümündə Rumıniyanın "Dinamo" (Buxarest) klubunda çıxış edib. Fransalı hücumçu narkotikdən istifadə etdiyi üçün klubdan qovulub.
 
Qeye 2019/2020 mövsümündə "Qarabağ"da çıxış edib. Hücumçu "köhlən atlar"ın heyətində 28 oyuna çıxıb və 8 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest