"Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud polis tərəfindən saxlanılıb. Matc.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
 
Xəbərdə, ingilis hücumçunun qadına zorakılıqda ittiham olunaraq, polis tərəfindən saxlanıldığı bildirilib.
 
Model Qarriet Robson sevgilisi, futbolçu Meyson Qrinvudu zorakılıqda ittiham edib. Robson bununla bağlı "instaqram" hesabında məlumat yayıb. Model fotolarını paylaşaraq, Qrinvudun ona fiziki zorakılıq etdiyini bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest