Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda debüt edəcəyi vaxt məlum olub. Matc.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Emreli "İstra 1961" komandasına qarşı çempionat oyununda meydana çıxacaq.
 
Fevralın 6-da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:05-də start veriləcək.
 
Yeri gəlmişkən, "Dinamo" (Zaqreb) klubu yeni transfer etdiyi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin qollarını paylaşıb. Son ölkə çempionu "Facebook" hesabında 25 yaşlı hücumçunun Azərbaycan millisində, "Qarabağ"da və Polşa "Legiya"sındakı qollarını yayımlayıb.
 
Polşa "Legiya"sı ilə yollarını ayıran Emreli Xorvatiya klubu ilə 4.5 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest