İspaniyada zədədən sonra bərpa prosesi keçən "Qarabağ"ın futbolçusu Xayme Romero ölkəsini tərk edib. Matc.az xəbər verir ki, tam hazır olan 31 yaşlı oyunçu Albasete şəhərindən Marselə gedib.
 
O, komandasının Konfrans Liqasının pley-off mərhələsində bu gün Marsel "Olimpik"inə qarşı keçirəcəyi ilk oyunu tribunadan izləyəcək və daha sonra komanda ilə birlikdə Bakıya qayıdacaq. 
 
Xayme "İnstaqram" səhifəsində İspaniyadakı bərpa prosesi ilə bağlı paylaşım edib: "Korreoso, Sergio Sama, Eme Madriqala təşəkkür edirəm. Hər zaman pis durumlardan yaxşı işlər ortaya çıxır. ömürlük dostlarım. Mənə göstərdiyiniz münasibətə görə sizə təşəkkür edirəm".
 
Xatırladaq ki, Romero Konfrans Liqasının 1-ci turunun "Bazel"lə görüşünün ilk yarısında zədələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest