Bu gün Azərbaycanda nüfuzlu mərc oyunlarının qanuni elektron ünvanlarından Etopaz.az-ın 10 yaşı tamam olur.
 
Etopaz.az 2012-ci ilin martın 1-də Bakıda təsis olunub. www.etopaz.az-ın işlətmək hüququ "Bal Line" şirkətinə məxsusdur.
 
Qeyd edək ki, şirkətə iş adamı, keçmiş təleşərhçi Altay Əliyev rəhbərlik edir. 
 
"Etopaz"ın yaydığı açıqlamada isə deyilir:
 
"ölkəmizin ilk və qanuni mərc saytı olan "EtoPaz" bu gün 10 yaşını qeyd edir. 1 mart 2012-ci ildən, keçmiş şərhçi Altay Əliyevin rəhbərlik etdiyi və uzun illər "Netbet" MMC adı altında fəaliyyət göstərən şirkət "Etopaz"ı ölkənin bir nömrəli mərc saytına çevirməyi bacarıb. Hal-hazırda "BAL LINE" adı ilə fəaliyyət göstərən şirkət, müştəri məmnuniyyətini artırmaq üçün daima inkişafdadır. "Etopaz"ın 7/24 aktiv olan Call Center, LIVE chat, "Pul köçür" və "Pul götür" xidmətləri müştərilərin maksimum komfortlu şəkildə mərc etməsinə hesablanıb. Bundan başqa ödəmə kanallarının geniş seçimi- nağd və ya kart üsulu da "Etopaz"ın müştəriləri tərəfindən rəğbət görməsinə səbəb olub. Həmçinin "Etopaz" sərfəli bonus kampaniyaları ilə mərcsevərləri daima sevindirməyi bacarır".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest