"Bilirdik ki, qış fasiləsindən sonra birinci oyun çətin olacaq. Bu üzdən oyuna yaxşı hazırlaşmışdıq". Matc.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc çalışdırıcı Topaz Premyer Liqasının XV turunun "Qəbələ" ilə səfər oyunundakı 0:1 hesablı məğlubiyyət barədə fikirlərini açıqlayıb: "Fikrimcə, ilk hissə daha yaxşı təsir bağışladıq. Fasilədən sonra da oyuna yaxşı başlamağımıza baxmayaraq, hesabda geri düşdük. Oyunun gedişində matçın taleyini bir qol həll edəcəyini də hiss etməmək mümkün deyildi. "Qəbələ" səviyyəli oyunçulardan qurulmuş kollektivdi. Matç başa çatandan sonra futbolçularıma yaxşı oyuna görə təşəkkür etdim. Futbol kollektiv oyun olduğundan udan da, uduzan da komandadı. Kimisə mühakimə edib, günahı onun üzərinə atmaq düzgün olmaz. Növbəti matçlarda daha yaxşı oynayıb uğurlu nəticələr qazanmağa çalışacağıq". (sumqayitpfc.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest