"Kardiff"in futbolçusu Emiliano Salani aparan təyyarə tapılıb. Matc.az xəbər verir ki, təyyarənin qırıntıları La-Manş boğazının dibində aşkarlanıb.

Qernsi adası yaxınlığındakı tapıntılar barədə argentinalı futbolçu və təyyarənin pilotu Aybbotsonun ailəsinə məlumat verilib. Lakin onların meyitinin tapılıb-tapılmadığı bildirilmir.

Axtarışları kommersiya şirkəti aparıb. Buna Qernsi polisinin fəal axtarışları dayandırması səbəb olub.

Qeyd edək ki, "Nant"dan transfer olunan Sala "Kardiff"in tarixinə ən bahalı oyunçu kimi düşüb. Fransadan İngiltərəyə yollanan futbolçunun təyyarəsi radarlardan itmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest