Milli komandaların 2019-cu ildəki ilk FİFA reytinqi fevralın 7-də açıqlanacaq. Matç.az saytı xəbər verir ki, artıq siyahı ilə bağlı təxminlər müəyyənləşib.
Asiya kubokunun final mərhələsi, həmçinin azsaylı yoxlama oyunlarından sonra komandaların cədvəldə hansı sıralarda qərarlaşacağı bəllidi. Bu matçlardakı nəticələr isə cədvəldə cüzi dəyişikliklərə səbəb olacaq.
Hesabat dövründə heç bir matça çıxmayan Azərbaycan milisini də mövqe dəyişikliyi gözləyir. Xal hesabı 1206-da qalacaq yığmamız 2018-ci ili dünyanın 107-ci komandası kimi başa vursa da, 2019-un ilk cədvəlində 108-ci olacaq.
Bu cüzi geriləmənin səbəbi İordaniyadı. 12 pillə irəliləyəcək asiyalılar həm millimizi, həm də bir sıra komandaları arxada qoyacaq.
Millimiz və "qonşuları"
103 (103). Haiti – 1219
103 (97). Hindistan - 1219
105 (104). Liviya – 1217
106 (105). Keniya – 1210
107 (106). Madaqaskar – 1209
108 (107). Azərbaycan – 1206
109 (108). Niger – 1205
110 (111). Namibiya – 1191
111 (109). Bəhreyn – 1188
112 (112). MAR - 1180
Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərinin də xalları dəyişməz qalacaq. Lakin onlardan yalnız Xorvatiya mövqeyini qoruyacaq. Uelslə Macarıstan hərəyə 1, Slovakiya 2 addım geriləyəcək.
Millimizin rəqibləri
4 (4). Xorvatiya – 1634
20 (19). Uels - 1525
29 (27). Slovakiya - 1483
52 (51). Macarıstan - 1412
Dünyanın ən güclü 10 komandasının siyahısında tam sabitlik hökm sürəcək. Planetin nəhəngləri həm xal hesablarını, həm də mövqelərini qoruyacaq.
İlk "onluq"
1 (1). Belçika – 1727
2 (2). Fransa – 1726
3 (3). Braziliya – 1676
4 (4). Xorvatiya – 1634
5 (5). İngiltərə - 1631
6 (6). Portuqaliya – 1614
7 (7). Uruqvay – 1609
8 (8). İsveçrə - 1599
9 (9). İspaniya – 1591
10 (10). Danimarka – 1589
Qeyd edək ki, qonşu Türkiyə millisi 1443 xalla siyahıda 41-ci yerə enəcək. "Ay-ulduzlular" 2 addım geriləyəcək.