Digər "qonşu"muz isə dəyişib. Kolumbiyanı keçən Xorvatiya 12-ci yerdə qərarlaşıb. Millimizə yaxınlaşan balkanlılar 18 xal gerimizdədi.

Futzal üzrə dünya çempionatının Avropa zonası üzrə təsnifat mərhələsi başa çatdıqdan sonra  milli komandaların reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, siyahıda 109 komanda yer alıb.

Daha 58 yığma isə zəruri sayda oyun keçirmədiyindən cədvəldən kənar düşüb. Siyahıda bir sıra dəyişikliklər qeydə alınıb.

Düzdü, hesabında 1230 xal olan Azərbaycan yığması 11-ci pillədə qalıb. Joze Alesionun yeitmələrini 10-cu olan Paraqvaydan 38 xal geri qalır. Digər "qonşu"muz isə dəyişib. Kolumbiyanı keçən Xorvatiya 12-ci yerdə qərarlaşıb. Millimizə yaxınlaşan balkanlılar 18 xal gerimizdədi.

Cədvəlin ilk "onluğ"unda da dəyişiklik olub. 2 pillə irəliləyən Argentina Rusiya ilə İtaliyanı arxada qoyub. Cənubi amerikalılar siyahıda 3-cüdü.

Azərbaycan millisinin Dç-2020-nin seçmə mərhələsindəki rəqiblərinin mövqelərində də dəyişiklik yaşanıb. Slovakiya 2, Monteneqro 3 pillə geriləyibsə, Moldova irəli 4 addım atıb.

İlk "onluq"

1. Braziliya - 1885
2. İspaniya - 1791
3. Argentina - 1663
4. Rusiya - 1661
5. Portuqaliya - 1658
6. İran - 1653
7. Qazaxıstan - 1540
8. İtaliya - 1509
9. Ukrayna - 1488
10. Paraqvay – 1468

Millimiz və rəqibləri

11. Azərbaycan – 1430
28. Slovakiya – 1192
46. Moldova – 994 
58. Monteneqro – 903

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest