04 Fevral 2019, 13:19
FUTBOL
"Renn"in yarımmüdafiəçisi Hatem Ben Arfa sabiq klubu PSJ-ni məhkəməyə verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu parislilərdən təzminat tələb edir.
Məsələ burasındadı ki, Ben Arfa 2017-ci ilin aprelindən 2018-ci ilin iyun ayına qədər PSJ-də əsas komandadan uzaqlaşdırılmışdı. 32 yaşlı futbolçu PSJ rəhbərliyinin bu hərəkətlə onun karyerasına ağır zərbə vurduğunu düşünür. Ben Arfanın vəkili məhkəməyə 50 səhifəlik sənəd təqdim edib. Fransa millisinin üzvü 7-8 milyon avroluq təzminat istəyir.
Qeyd edək ki, Hatem Ben Arfa 2016-2018-ci illərdə PSJ-nin formasını geyinib.