Avropa ölkələrinin milli çempionatlarında ən çox qol vuran futbolçu üçün təsis edilən "Qızıl buts" uğrunda mübarizənin liderləri açıqlanıb. Matc.az xəbər verir ki, "Barselona"nın argentinalı futbolçusu Lionel Messi siyahıya liderlik edir.

21 qol vuran cənubi amerikalının hesabında 42 xal var. O, ən yaxın izləyicisini 6 xal qabaqlayır. Killian Mbappe Messiyə çatmaq üçün 3 qol vurmalıdı.

Kriştianu Ronaldo isə 3-cü pillədə qərarlaşıb. Onun aktivində 34 xal var.

1. Lionel Messi (Barselona) – 42 (21 qol)

2. Killian Mbappe (PSJ) – 36 (18 qol)

3. Kriştianu Ronaldo (Yuventus) – 34 (17 qol)

4-6. Edinson Kavani (PSJ) – 32 (16 qol)

Fabio Kvalyarella (Sampdoriya) – 32 (16 qol)

Məhəmməd Salah (Liverpul) – 32 (16 qol)

Qeyd edək ki, aparıcı futbol ölkələrində hər qola 2, orta səviyyəli çempionatlarda 1,5, digərlərində isə 1 xal verilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest