İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən portuqaliyalı hücumçu Kristiano Ronaldo karyerasında 805 və 806 və 807-ci qolları vurub. Matc.az xəbər verir ki, "Tottenhem"lə matçda (3:2) fərqlənən Ronaldo rəsmi oyunlarda vurduğu qolların sayına görə Avstriya və keçmiş çexoslovakiya yığmasının hücumçusu Yozef Biçanın rekordunu (805) qırıb.
 
Ronaldo rəsmi oyunlarda vurulan qolların sayına görə futbol tarixinin ən qolçu futbolçusu olub.
 
Portuqaliyalı futbolçu "Mançester Yunayted"in heyətində 136 qol vurub. Həmçinin, onun hesabında Portuqaliya "Sportinq"ində 5, İspaniya "Real"ında 450, İtaliya "Yuventus"unda 101, Portuqaliya millisində isə 115 qol var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest