FİFA prezidenti Canni İnfantino bu il keçiriləcək seçkilərdə də qalib gələcək. Matc.az xəbər verir ki, xarici mətbuatın iddiasına əsasən belə qənaətə gəlmək olar.

Bildirilir ki, qurum rəhbərini 196 ölkənin milli assosiasiyası dəstəkləyəcək. Bu isə onun qələbəsinə şübhə yeri qoymur.

Seçkilərdə onun yeganə rəqibinin İsveçrə millisinin və "Tottenhem"in sabiq futbolçusu Ramon Veqanin olacağı gözlənilir. Namizədliyin irəli sürülməsi üçün son tarix fevralın 5-də başa çatsa da, artıq indidən belə düşünmək mümkündü.

Prezident seçkiləri iyunun 5-də Fransanın paytaxtı Parisdə baş tutacaq FİFA-nın Konqresi çərçivəsində gerçəkləşəcək.

Qeyd edək ki, 2016-cı ilin fevralında prezident seçilən İnfantino ikinci raundda 207 səsdən 115-ni toplamışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest