"Azərbaycan millisini qrupumuzun aşkar favoriti sayıram". Matç.az xəbər verir ki, bunu futzal üzrə Slovakiya millisinin baş məşqçisi Marian Berki deyib.
Dç-2020-nin seçmə mərhələsində Azərbaycan, Moldova və Monteneqro ilə mübarizə aparacaq slovakiyalılar yarışa hazırlığa start verib. Təlim-məşq toplanışı və yerli klublarla iki yoxlama oyunu keçirən yığmanın çalışdırıcısı seçmə mərhələ barədə fikirlərini açıqlayıb: "Bu komanda ənənəvi olaraq bir neçə braziliyalı ilə çıxış edir. Azərbaycan yığması çox güclüdü. Biz digər rəqiblərlə matçlara ümid etməliyik. Hesab edirəm ki, onlarla qarşılaşmalarda balanslaşmış futbol göstərə bilərik. Biz dünya çempionatının final mərhələsinə düşmək şansından yararlanmağa çalışacağıq. Belə uğur idman növünün Slovakiyada böyük təkan üçün vacibdi".
Qeyd edək ki, Slovakiya yığması yoxlama oyunlarında "Banska Bistritsa"nı 8:2 hesabı ilə məğlub edib, "Luçeneç"ə 2:6 hesabı ilə uduzub.