AVRO-2021-in seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının rəqibi olan Slovakiya millisi iki yoxlama oyunu keçirəcək. Matc.az xəbər verir ki, rəqibimiz Yunanıstanın U-21, Norveçin U-20 komandaları ilə görüşəcək.

Hər iki görüş Slovakiyada baş tutacaq. Martın 22-də Ellada təmsilçisinə qarşı duel Jilinada oynanılacaq. 4 gün sonrakı qarşılaşma isə Dunayska-Ştredada keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest