Azərbaycan Futbol Federasiyaları Assosiasiyası affa.az saytı vasitəsilə tenderlərin tətbiqinə başlayır. Matc.az xəbər verir ki, AFFA-nın müxtəlif layihələri üzrə zəruri texnika, avadanlıq, mal-material alınması üçün ictimaiyyətə açıq tenderlər elan olunacaq.

Yeni sistemin tətbiqi ilə bağlı ətraflı məlumat ilk tenderin elanı zamanı saytımızda yerləşdiriləcək.

Tenderlər bir müddət öncə AFFA-nın daxilində həyata keçirilməyə başlanmış IRP (Təşkilatın İdarəetmə Sistemi) sisteminin davamı olaraq tətbiq olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest