İtaliya A seriyasında komandaların sayı dəyişdirilə bilər. Matc.az xəbər verir ki, 20 iştirakçı ilə keçirilən yarışda bu rəqəm 18-ə endirilməsi gündəmə gəlib.

Bunu A seriyasının rəhbəri Qaetano Mikkiçe açıqlayıb: "İtaliya Futbol Federasiyası ölkənin bütün liqalarına müstəqil şəkildə komanda sayını müəyyənləşdirmək səlahiyyəti verib. Bu da əladı. Növbəti iclasa bunu müzakirə edib, üstünlük və mənfi tərəflərini araşdırdıqdan sonra qərar verəcəyik".

Qeyd edək ki, A seriyasında 2004/05 mövsümündən 20 komanda çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest