İngiltərənin "Liverpul" klubu "Napoli"nin futbolçusu Lorenso İnsinyeni transfer etmək niyyətindədi. Matc.az xəbər verir ki, böyük britaniyalılar İtaliya klubuna 70 milyon avro təklif edib.

Lakin neapollular bu təklifdən imtina edib. Klub rəhbərliyi 150 milyon avrodan aşağı variantları nəzərdən keçirməyəcəyini açıqlayıb.

27 yaşlı İnsinye "Napoli"nin öz yetirməsidi. O, 2010-cu ildən əsas komandada çıxış edir.

Qeyd edək ki, hücumçunun klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest