İngiltərənin "Fulhem" klubu heyətinə 2 yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lazar Markoviç və Havard Nordtveytlə güclənib.

Markoviç klubla tamhüquqlu yarımillik müqavilə imzalayıb. 24 yaşlı serb "Liverpul"dan pulsuz keçib. O, sonunculara məxsus olduğu müddətdə "Anderlext", "Hall Siti", "Sportinq" və "Fənərbaxça"da icarədə olub.

Nordtveyt isə "Hoffenhaym"dan yarım illik icarəyə götürülüb. Onun keçidi üçün 1 milyon avro ödənilib. O, əvvəllər "Arsenal" və "Vest Hem"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest