19 yaşadək futzalçılarda ibarət Azərbaycan yığması fevralın 13-dən 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Matc.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, toplanış Avropa çempionatının əsas mərhələsinə hazırlıq məqsədi daşıyır.
Toplanış çərçivəsində 2 yoxlama oyunu baş tutacaq. Millimiz fevralın 19-da və 21-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.
Hər iki qarşılaşma Bakı İdman Sarayında təşkil olunacaq. Oyunlar saat 18:00-da başlayacaq.
Hazırlıq prosesinə 15 futzalçı dəvət olunub. Bunlar Vladislav Reznov ("Araz"), Ceyhun Nuriyev, Kənan Əsədli, Nicat Quluzadə, Rauf Rüstəmov, Tofiq Hüseynov, Turan Əhmədov (hamısı "Keşlə"), Fuad Məmmədzadə, Hüseyn Abutalıbov, Hüseyn Qarayev, İqbal Pənahov, Niyaz Əhmədov, Nurlan Mehdizadə, Rafael Mütəllimov, Sabir Həsənovdu (hamısı U-19).