Latviyanın iki klubunun avrokubok qarşılaşmaları UEFA-da şübhələrə səbəb olub. Matç.az xəbər verir ki, qurum "Ventspils" və Yurnala "Spartak"ının oyunlarını araşdırır.
Bu üzdən də sonuncuların UEFA-dan almalı olduğu məbləğ hələ də klubun hesabına köçürülməyib. Lakin çempionlar Liqasında uduzub Avropa Liqasına yollanan Yurmala klubunun hansı oyununun şübhəli olduğu bəlli deyil.
Avrokubokda iştiraka görə vəsaiti gecikmə ilə alan "Ventspils"in Avropa Liqasında "Lüfterari"ylə matçı şübhəlidi. İlk görüşdə 5:0 hesabı ilə qalib gələn latviyalılar 2:3 hesabı ilə geridə olduqları cavab görüşünün 90+2-ci dəqiqəsində rəqibin aşkar, hətta şübhəli səhvindən sonra tarazlıq yaradıb. Amma burada daha çox albaniyalılar günahkar sayıla bilər.
Qeyd edək ki, Latviyanın digər iki təmsilçisi "Liepaya" və "Riqa" avrokubokdakı iştirakı üçün vəsaiti vaxtında alıb.