05 Fevral 2019, 20:46
FUTBOL
"Liverpul"a zədəli oyunçusundan şad xəbər gəlib. Matc.az saytının məlumatına görə, Aleks-Oksleyd çemberleyn sıraya dönməyə hazırlaşır.
Belə ki, ötən ilin yayında zədələnən çemberleyinin tam bir mövsümü qapadacağı açıqlanmışdı. Amma "mersisaydlılar"ın tibb personalı qərar verib ki, yarımmüdafiəçinin bərpa prosesi gözləniləndən daha tez başa çatacaq.
Baş məşqçi Yürgen Klopp da Aleks-Oksleyd çemberleynin adını çempionlar Liqasının 1/8 final mərhələsində oynayacaqları "Bavariya" ilə qarşılaşma üçün iştirak ərizəsinə salıb.
Qeyd edək ki, iki komanda arasındakı ilk matç fevralın 19-da İngiltərədə, cavab qarşılaşması martın 13-də isə Münhendə oynanılacaq.