Lionel Messi "El-klasiko"da meydana çıxa bilər. Matc.az saytının məlumatına görə, bu barədə "Mundo Deportivo" nəşri xəbər yayıb.

Mətbu orqan iddia edir ki, argentinalı super ulduzun zədəsi yoxdur, sadəcə əzələ sıxılması yaranıb. Bu gün kollektiv məşqlərdə iştirak edən Messi "Real"la matçda oynayıb-oynamamaq barəsində özü qərar verəcək.

Messi La Liqanın XXII turunda "Valensiya" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə "dubl" etməklə yanaşı, zədə alıb.

Qeyd edək ki, fevralın 6-dan 7-nə gecə keçiriləcək ilk yarımfinal matçı "Nou Kamp" stadionunda baş tutacaq və görüş Bakı vaxtı ilə 00:00-da başlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest