"Yuventus" itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, Turin təmsilçisi bir müddət Duqlas Kostanın xidmətindən yararlana bilməyəcək.

Braziliyalı yarımmüdafiəçi zədə səbəbindən sıradan çıxıb. "Parma" ilə oyunda xəsarət alan 28 yaşlı futbolçu təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

Maraqlıdır ki, Kosta bir neçə gün öncə avtomobil qəzası keçirmiş, amma xoşbəxtlikdən heç bir xəsarət almamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest