Fransa Liqa 1-də XVIII turdan təxirə salınmış bir görüş keçirilib. Matc.az saytının məlumatına görə, "Marsel" "Bordo"nu qəbul edib.

Görüş birincilərin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın yeganə qoluna 42-ci dəqiqədə Kamara imza atıb.

Qeyd edək ki, 23 oyun keçirmiş "Marsel" hazırda 34 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Ondan bir matç əskik keçirmiş "Bordo" isə 28 xalla 12-ci sıradadı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest