İngiltərə kubokunda 1/16 finalın təkrar oyunlarına start verilib. Matc.az xəbər verir ki, ilk oyunda qalibi müəyyənləşdirə bilməyən cütlərdən dördü dünən yenidən üz-üzə gəlib.

Premyer Liqa təmsilçisi "Vulverhempton", çempionşipdə çıxış edən "Brentford" və "Midlsbro", həmçinin gücünə görə 4-cü sayılan liqada mübarizə aparan "Nyuport" turu adlayıb. 1/8 finalda təmsil olunan ən aşağı divizion təmsilçisi olacaq sonuncular "Mançester Siti" ilə görüşəcək.

"Brentford" "Suonsi"yə, KPR "Uotford"a, "Vulverhempton" isə "Bristol"a rəqib olub.

İngiltərə kuboku

1/16 final, təkrar oyunlar

5 fevral

"Brentford" – "Barnet" – 3:1

İlk oyun – 3:3

KPR – "Portsmut" – 2:0

İlk oyun – 1:1

"Vulverhempton" – "Şroysberi" – 3:2

İlk oyun – 2:2

"Nyuport" – "Midlsbro" – 2:0

İlk oyun – 1:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest