Almaniya kubokunda 1/8 finala start verilib. Matc.az xəbər verir ki, mərhələnin ilk günündə 4 oyun baş tutub.

Bundesliqanın lideri Dortmund "Borussiya"sı evdə "Verder"lə görüşüb. Bremenlilər penaltilər seriyasında qalib gəlib.

"Bayer", "Duysburq" və "Nürnberq" də mübarizəni 1/8 finalda dayandırıb.

Qeyd edək ki, 1/8 finalın digər oyunları bu gün keçiriləcək.

 

Almaniya kuboku

1/8 final

5 fevral

"Hamburq" – "Nürnberq" – 1:0

"Haydenhaym" – "Bayer" – 2:1

"Duysburq" – "Paderborn" – 1:3

"Borussiya" D – "Verder" – 3:3, p.2:4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest