31 Mart 2022, 11:20
DÇ-2026
Qətərdə keçiriləcək Dç-2022 üçün bilet satışının ilk mərhələsində 804 186 bilet satılıb. Matc.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
Dç-yə Qətər, ABŞ, İngiltərə, Meksika, BƏƏ, Almaniya, Hindistan, Braziliya, Argentina və Səudiyyə Ərəbistanından olan azarkeşlər daha çox maraq göstərir.
Bilet satışının növbəti mərhələsi aprelin 5-də, saat 13:00-da başlayacaq.
Dç-nin qrup mərhələsinin oyunlarına biletlər əcnəbi azarkeşlər üçün 250-800 Qətər rialı (69-220 dollar), yerli azarkeşlər üçün 40 rialdır (11 dollar).
Dünya çempionatının final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.