İngiltərə milli komandasının yarımmüdafiəçisi Cud Bellinqem dünya çempionatının L qrupunun 2-ci turunda Qana ilə keçirilən matçın (0:0) ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, qarşılaşma ABŞ-nin Foksboro şəhərindəki "Cillett" stadionunda baş tutub. Görüşün baş hakimi Səid Martines (Honduras) olub.

Bellinqem oyuna start heyətində başlayıb və 74-cü dəqiqədə əvəzlənib.

Bu qarşılaşmadan sonra İngiltərə və Qananın aktivində 4 xal var. Xorvatiya və Panama isə hələlik xal qazanmayıblar. Bu komandalar iyunun 24-də 2-ci tur çərçivəsində öz aralarında qarşılaşacaqlar.

3-cü turda İngiltərə yığması Panama ilə üz-üzə gələcək, Qana isə Xorvatiya ilə oynayacaq (hər iki matç iyunun 28-də keçiriləcək).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest