31 Mart 2022, 13:54
DÇ-2026
Bu il təşkil olunacaq futbol üzrə dünya çempionatının aprelin 1-də keçiriləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi bəlli olub.
Bu il təşkil olunacaq futbol üzrə dünya çempionatının aprelin 1-də keçiriləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi bəlli olub. Matc.az xəbər verir ki, ev sahibi Qətərlə yanaşı, əsas favoritlər arasında göstərilən 7 yığma birinci səbətdə yer alıb.
Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.
Xatırladaq ki, Dç-2022 noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
1-ci səbət
Qətər (A qrupu)
Braziliya
Belçika
Fransa
Argentina
İngiltərə
İspaniya
Portuqaliya
2-ci səbət
Meksika
Niderland
Danimarka
Almaniya
Uruqvay
İsveçrə
ABŞ
Xorvatiya
3-cü səbət
Seneqal
İran
Yaponiya
Mərakeş
Serbiya
Polşa
Cənubi Koreya
Tunis
4-cü səbət
Kamerun
Kanada
Ekvador
Səudiyyə Ərəbistanı
Qana
üç pley-off qalibi