Dç-2022-nin final mərhələsinə vəsiqə uğrunda həlledici oyunlardan biri Varşavada Polşa və İsveç milli komandaları arasında keçirilib. Matc.az xəbər verir ki, Polşa millisinin qələbəsi ilə başa çatan oyunu (2:0) yayımlayan Rusiyanın "Маtç" ТV kanalının şərhçisi Anton Anisimov canlı efirdə reportajı bu sözlərlə bitirib:
 
"öz adımdan deyirəm, yəni sözlərimin təmsil etdiyim TV-yə aidiyyatı yoxdur. Polşa yığması və Levandovski (Polşa millisinin və Almaniyanın "Bayern" klubunun hücumçusu Robert Levandovski), sizə Qətərdə keçiriləcək mundialında böyük uğursuzluq, rüsvayçılıq arzulayıram".
 
Şərhçinin sonuncu cümləsi isə belə olub: "Uşaqlar, sizə dırnaqarası uğurlar arzulayıram. Siz yaramaz məxluqlarsız".
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest