Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov Dç-2022-nin final mərhələsinə avtomatik buraxılmaları ilə bağlı çağırışlara münasibət bildirib. Matc.az xəbər verir ki, o, Dç-2022-yə vəsiqəni pley-offda mübarizə apararaq qazanmaq istədiklərini deyib:
 
"Dünya çempionatına kiminsə hədiyyəsi ilə getmək? Andrey Yarmolenkonu dəstəkləyirəm. Biz oynamalıyıq, bu vəsiqəni özümüz qazanmalıyıq. Şəxsən mən bu hədiyyənin əleyhinəyəm, oynamaq lazımdır. İyun ayında hansı tarixdə oynayacağımızı UEFA bizə bildirəcək".
 
Ukrayna millisi Dç-2022-nin pley-off mərhələsinin yarımfinalında Şotlandiya ilə qarşılaşacaq. Bu cütün qalibi finalda Uelsə rəqib olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest