Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu il mayın 29-dakı yığıncaq ölkəmizdə baş tutacaq.

Bu, İcraiyyə Komitəsinin Bakıdakı ilk toplantısı olacaq. İclas həmin gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final oyunundan öncə keçiriləcək.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest