01 Aprel 2022, 23:25
DÇ-2026
"Müharibəni dayandırmaq lazımdır. Bu münaqişəni dayandırın, bu müharibəni dayandırın! Dialoq qurun və birlik axtarın!"
FİFA prezidenti Canni İnfantino Qətərin paytaxtı Dohada təşkil olunan Dç-2022-nin final mərhələsinin püşkatmasında Ukraynadakı müharibə ilə bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, o, dünyanın hazırda çətin dövrdən keçdiyini bildirib: "Futbol ictimaiyyəti adından dünya liderlərinə çağırış edirik. Müharibəni dayandırmaq lazımdır. Bu münaqişəni dayandırın, bu müharibəni dayandırın! Dialoq qurun və birlik axtarın! Biz bu dünya çempionatının sülh kuboku olmasını istəyirik. Dünya çempionatı bölünmüş dünyaya sülh mesajıdır".
O, mundialın Qətərdə keçirilməsinin artıq gerçəkliyə çevrildiyini də söyləyib: "Qətərdəki bu turnir, tarixin ən yaxşı dünya çempionatı olacaq".
Dç-2022 noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.