Bu gün qapıçı məşqçiləri üçün UEFA-nın A kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə görüş keçirilib. Matc.az xəbər verir ki, tədbir AFFA-nın Futbol akademiyasında baş tutub.

Tədbirdə məşqçilərə müvafiq diplom və sertifikatlar təqdim olunub. Diplom və sertifikatları AFFA-nın texniki direktoru Bernhard Lippert təqdim edib.

Diplom alanlar sırasında tanınmış qapıçılarımızdan Elxan Həsənov, Cahangir Həsənzadə, Etibar Tarıverdiyev, Vitali Kovalyov və Rauf Mehdiyev də yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest