AFFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda fəaliyyət göstərəcək könüllülər, stüardlar və digər əməkdaşlar üçün müvafiq geyim dəstlərinin alınması ilə bağlı tender elan edib. Matc.az qurumun saytına istinadən xəbər verir ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"inimüvafiq qaydada dolduraraq AFFA-ya göndərmək xahiş olunur.

"Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini və yuxarıda qeyd olunan "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"ini 20 fevral 2019-cu il, saat 18:00-a qədər tender@affa.az elektron ünvanına göndərə bilər.

Eyni keyfiyyətdə və eyni qiymətdə olan məhsullarla bağlı təkliflər arasında seçim edilərkən yerli istehsalçıların məhsullarına üstünlük veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest