06 Fevral 2019, 16:35
FUTBOL
Topaz Premyer Liqasının XV turunun rəmzi komandası açıqlanıb. Matc.az xəbər verir ki, PFL "InStat" şirkətinin təhlilinə əsasən "11-liy"i müəyyənləşdirib.
Heyətdə "Səbail" və "Sabah" daha çox – hərəyə 3 oyunçu ilə təmsil olunub.
Qapıçı: Aleksandr Rıbka ("Səbail")
Müdafiəçilər: Donald Qerye ("Qarabağ")-2, Kiril Petrov ("Neftçi")-3, Elvin Yunuszadə ("Səbail"), Elgün Nəbiyev ("Sabah")
Yarımmüdafiəçilər: Cavid İmamverdiyev ("Sabah")-3, Kevin Kubemba ("Səbail")-2, Aleksey İsayev ("Sumqayıt"), Dani Kintana ("Qarabağ")-3
Hücumçular: Marko Deviç ("Sabah")-6, Stiven Monroz ("Qəbələ")-4
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.