19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının İspaniya ilə oyununun saatı müəyyənləşib. Matc.az saytı xəbər verir ki, Mursiya şəhərində baş tutacaq yoxlama görüşü fevralın 12-nə təsadüf edəcək.

"Pinatar Arena"da baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 20:00-da səslənəcək. İspanların bundan iki gün sonra Şotlandiya ilə keçirəcəyi oyun isə 14:00-da start götürəcək.

Qeyd edək ki, fevralın 10-da təlim-məşq toplanışı üçün İspaniyaya yollanacaq U-19 yığmamız həmçinin ayın 14-də "Ranero" klubunun, 17-də isə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama görüşündə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest