Lider "Araz"ın "Xilə" ilə oyunu isə sonuncuların yarışdan kənarlaşdırılması səbəbindən keçirilməyib. Naxçıvan komandasının aktivinə 3 yazılıb.

Bu gün futzal üzrə Yüksək Liqada XVIII turun oyunları keçirilib. Matc.az xəbər verir ki, bütün görüşlər Bakı İdman Sarayında baş tutub.
 
Turun ilk matçında turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar qarşılaşıb. "Alyans" ilə U-19 üz-üzə gəlib. "Milli" bu oyunu qələbə ilə başa vurub və turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb.
 
Günün növbəti matçı "Baku Fire" ilə EKOL arasında keçirilib. Gərgin keçən matçda komandalar hərəyə 1 xalla kifayətləniblər.
 
"Neftçi" isə "Record"la qarşılaşıb. İnamlı qələbəyə sevinən "Neftçi" xal ehtiyatını artırıb.
 
Lider "Araz"ın "Xilə" ilə oyunu isə sonuncuların yarışdan kənarlaşdırılması səbəbindən keçirilməyib. Naxçıvan komandasının aktivinə 3 yazılıb.
 
Yüksək Liqa
XVIII tur
8 aprel
 
Alyans (Lənkəran) - U-19 4:8
Qollar: Emin Kərimov, 2:10; 31:09. Elşən Mahmudov, 3:05. Anar İsayev, 18:49 - Mikayıl Qiyasov, 10:57. Emin Kərimov, 17:48-öz qapısına. Fuad Məmmədzadə, 18:17; 28:44. Xəzər Ağalızadə, 24:41; 33:20; 34:02. Ramazan Atakişiyev, 36:51.
Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 12:00.
 
Baku Fire – EKOL 3:3
Qollar: Nihad İsmayılov, 11:39; 23:50. Elşən İbramxəlilov, 17:27 - Tofiq Mikayılov, 22:46. Elvin Quliyev, 28:28-öz qapısına. Mehdi Rəsulov, 39:28.
Hakimlər: Knyaz Əmiraslanov, Ziya Nəsirov, Elgün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 14:15
 
Record – Neftçi İK 1:5
Qollar: Matin Qahremani, 33:55 - Oqtay Rüstəmli, 13:23; 21:18. Hüseyn Mənəfli, 13:36. Omid Talebi, 22:49. İlqar Nuruşov, 34:30.
Hakimlər: Nail Nağıyev, Mahir Məmmədov, Nahid Xasıyev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 16:15.
 
Xal durumu: Araz – 52, EKOL – 40, Neftçi – 37, Baku Fire – 35, U-19 – 16, Record – 15, Alyans – 12, Xilə – 6.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest