Almaniyanın "Bayern" klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirməyə hazırlaşır. Matc.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi "Ayaks"ın futbolçusu Rayan Qravanberxlə razılıq əldə edib.
 
Niderland təmsilçisi 19 yaşlı yarımmüdafiəçinin transferi üçün almanlardan 35 milyon avro tələb edir.
 
Qravenberx "Ayaks"la 2023-cü ilin yayında başa çatacaq müqaviləsini uzatmamağa qərar verib. O, bu mövsüm "Ayaks"da 38 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest