Fransa kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, bu gün mərhələnin digər 3 oyunu keçirilib.

Turnirin favoriti PSJ aşağı liqa təmsilçisi "Villefranç"la görüşdə çətinliklə üzləşib. Məsələ burasındadı ki, 90 dəqiqə ərzində rəqibi üzərində üstünlük qura bilməyən Paris təmsilçisi yalnız əlavə edilmiş 30 dəqiqədə vurduğu 3 qol sayəsində qələbə qazanıb.

 

Fransa kuboku

1/8 final

"Villefranç" - PSJ - 0:3

Draksler, 102, Diabi, 113, Kavani, 119

"Vitre" - "Lion Duker" - 3:2

Qros, 32, le Bron, 41, Loren, 90+4 (pen.) - Rivas, 8, 22

"Renn" - "Lill" - 2:1

Sibatçeu, 74, 90+1 - Pepe, 65

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest