"O, həmişə oynamaq istəyirdi. Amma mən nə görürdüm? Görürdüm ki, bu, dildədir"

"Neftçi"nin baş məşqçisi Samir Abasov portuqaliyalı müdafiəçi Huqo Bastonun komandadan ayrılmasının səbəbini açıqlayıb. Matc.az xəbər verir ki, 44 yaşlı mütəxəssis bunu portuqaliyalı müdafiəçinin durumundan məmnun olmaması ilə əlaqələndirib.
 
Abasovun sözlərinə görə, Basto daim oynamaq istədiyini bildirsə də, meydanda özünü yetərincə göstərməyi bacarmayıb: "Basto ilə oturub-danışdıq. O, həmişə oynamaq istəyirdi. Amma mən nə görürdüm? Görürdüm ki, bu, dildədir. İstəyini dilə gətirir, amma göstərdiyi çabalar yetərli deyil. Bunu özünə də başa salırdım. Buradakı durum onu məmnun etmədi. Biz də vəziyyəti necə gördüyümüzü qarşılıqlı şəkildə bir-birimizə izah etdik. Mən dedim ki, hazırkı durumda və bu gedişlə burada oynamayacaqsan. Basto isə bu durumun ona sərf etmədiyini, gedişatdan razı olmadığını bildirdi və çıxıb getdi".
 
Xatırladaq ki, Huqo Basto ötən ilin yayında "Neftçi" ilə iki illik müqavilə bağlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest