Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən "Şamaxı" - "Neftçi" oyununu futbol ictimaiyyətinin rəhbər şəxsləri izləyir. Matc.az xəbər verir ki, Şamaxıda bir qədər əvvəl start götürən matçı izləyənlər arasında AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Şamaxının icra başçısı Tahir Məmmədov və başqaları da var.
 
Qeyd edək ki, Şamaxı stadionunun bu gün açılışı olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest