"Maraqlı oyun alındı, rəqib bu matçda səhvlərimizə qarşı amansız idi". Matc.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"a uduzduqları Premyer Liqanın XXII tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
 
40 yaşlı mütəxəssis birinci hissədə rəqibə üstünlük vermədiklərini bildirib: "Ucuz qollar buraxdıq. Futbolçulardan narazı qala bilmərəm. Kim səhvlərdən daha yaxşı istifadə etsə, o da qələbə qazanacaq. çox kobud səhvlər etdik. Bunlar oyunun dəyərinə və qiymətinə yaraşmadı. Belə olanda qələbə qazanmaq müşkülə çevrilir".
 
Qeyd edək ki, "Zirə" səfər görüşündə 1:3 hesabı ilə uduzub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest